Rəşad Mahmudov beynəlxalq konfransda çıxış edib - FOTOLAR

Hit: 550
Rəşad Mahmudov beynəlxalq konfransda çıxış edib - FOTOLAR

Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “Kardiologiyada və ürək-damar cərrahiyyəsində müasir metodlar” mövzusunda beynəlxalq konfransda çıxış edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi və  Mərkəzi Gömrük Hospitalının kardioloqu Günay Hətəmova 18 noyabr 2023-cü il tarixində Hacettepe Universitetinin Azərbaycandakı Baş ofisi olan İncir And Global Healtsh şirkətinin və Azərbaycan Endoskopik və Laparoskopik Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə  Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Kardiologiyada və ürək-damar cərrahiyyəsində  müasir metodlar” mövzusunda beynəlxalq konfransda iştirak ediblər. 
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov konfransın rəsmi açılışında tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, konfransda kardiologiyada və kardiocərrahiyyədə  müasir metodlar mövzusunda müzakirələr aparılacaq və bu müzakirələrdə məqsəd ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarının vacib tərkib hissəsi olan ürək-damar xəstəlikləri ilə mübarizədə işimizin daha keyfiyyətli şəkildə vətəndaşlara çatdırılması üçün bilik və bacarıqlarımızın mübadiləsi olacaq. 
 
3 sessiyadan ibarət konfransın panel iclasında Dr.Rəşad Mahmudov “Ürəyin işemik xəstəliyi olan komorbid vəziyyətlərdə revaskularizasiya: hansı metod və nə üçün?” adlı məruzə ilə çıxış edib. Onun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və Rəşad Mahmudov tədbir iştirakçılarının suallarını cavablandırıb.
Konfransda kardiyak görüntüləmənin üstünlükləri və potensial təhlükələri, kəskin cərrahi xəstəliklər zamanı yanaşı gedən ürək-damar xəstəlikləri, minimal invaziv təcrübələr haqqında məruzələr dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
1
1
1
1








Redaktorun seçimi