Gömrük Hospitalının həkimi Beynəlxalq Uroonkoloji Konqresdə iştirak edib

Hit: 322
Gömrük Hospitalının həkimi Beynəlxalq Uroonkoloji Konqresdə iştirak edib
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq Bəhruz Xalıqov 8-12 noyabr 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən 16-cı Beynəlxalq Uroonkoloji konqresində iştirak edib. Türk Uroonkoloji Dərnəyinin təşkilatçılığı ilə keçirilən konfransda Türkiyənin, Rusiyanın, Almaniyanın, Niderlandın, ABŞ-ın, Bolqarıstanın, Yunanıstanın, Fransanın və Azərbaycanın yüksəkixtisaslı uroonkoloqları iştirak ediblər. 
 
Uroonkologiyada müasir yanaşmalar, prostat xərçəngi, böyrək xərçəngi, sidik kisəsi xərçəngi, bununla əlaqədar bütün müasir müalicə metodları - kimyaterapiya, radioterapiya metodları, cərrahi metodlar müzakirə olunub. Dr.Bəhruz Xalıqov 2 master klassda: prostatın son hədəf biopsiyası olan fizion biopsiya və prostat xərçəngində robotik cərrahiyyə kurslarında iştirak edib.








Redaktorun seçimi