Dr.Leyla Əhmədovanın "Yoğun bağırsağın divertikulyar xəstəliyi" mövzusunda təqdimatı keçirilib

Hit: 405
Dr.Leyla Əhmədovanın "Yoğun bağırsağın divertikulyar xəstəliyi" mövzusunda təqdimatı keçirilib
Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin həkim-rezidenti Leyla Əhmədova 18 noyabr 2023-cü il tarixində "Yoğun bağırsağın divertikulyar xəstəliyi" mövzusunda təqdimatla çıxış edib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov, Ümumi cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah, t.ü.f.d. Dr.Namiq Novruzov, ümumi cərrahı, t.ü.f.d. Dr.Aynur Səfiyeva, həkim-rezidentlər və tibb tələbələri iştirak ediblər. 
 
Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov tədbir iştirakçılarını salamlayıb və bu tədbirlərin həkim-rezidentlərin formalaşmasında, inkişafında rolundan danışaraq, bildirib ki, həkim-rezidentlərin təqdimatları mütəmadi olaraq keçiriləcək və ənənəvi xarakter alacaq. 
Həkim-rezident Leyla Əhmədova "Yoğun bağırsağın divertikulyar xəstəliyi" mövzusunda təqdimatla çıxış edib. O, bildirib ki, divertikul –boşluqlu orqanların divarında yaranan kisəşəkilli qabarmadır. Quruluşuna görə həqiqi və yalançı divertikullar, mənşəyinə görə anadangəlmə və qazanılmış, morfofunksional xüsusiyyətinə görə pulsiyon və traksiyon olur. 
 
L.Əhmədova müxtəlif yaş qruplarında bu xəstəliyin əmələ gəlməsi ehtimallarını da qeyd edib. Xəstəliyin ağır, ağırlaşmamış və simptomsuz formaları barədə danışan həkim-rezident xəstəliyin diaqnostikasının müəyyənləşdirilməsi üçün təyin olunan üsullardan: rentgen, USM, KT, kolonoskopiya və s. haqqında ətraflı məlumat verib, müalicə üsullarını şərh edib.
 
Təqdimatdan sonra Leyla Əhmədova tədbir iştirakçılarının suallarını cavablandırıb. Dr.Namiq Novruzov və Dr.Aynur Səfiyeva təqdimat haqqında fikirlərini söyləyib, tövsiyələrini veriblər.
 
Tədbir Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən zoom vasitəsilə canlı yayımlanıb.








Redaktorun seçimi