Mərkəzi Gömrük Hospitalının həkimləri “Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunmuş konfransda çıxış ediblər

Hit: 452
Mərkəzi Gömrük Hospitalının həkimləri “Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunmuş konfransda çıxış ediblər
17 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunmuş konfrans keçirilib.
 
Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., Dr.Sədi Allahverdiyev, Pediatriya şöbəsinin pediatr-neonatoloqları Dr.Aygün Sadıxova və Dr. Nazilə Hüseynova konfransda təqdimatla çıxış ediblər. Dr.Sədi Allahverdiyev “Erkən doğumun qarşısının alınmasında yeni strategiyalar”, Dr.Nazilə Hüseynova “Vaxtından əvvəl doğulmuş körpələr nevroloji xəstəliklər üçün namizəddirmi? Onların uzunmüddətli nəticələri nələrdir?” mövzusunda və  Dr.Aygün Sadıxova  “Məzkəzi Gömrük Hospitalı Yenidoğulmuşlarda infeksiya. Erkən və gec sepsis”  mövzusunda çıxış ediblər. Onların çıxışları maraqla qarşılanıb və onlar tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Qeyd edək ki, konfransda ölkəmizin bu sahədəki aparıcı mütəxəssislərinin və xarici ölkələrdən dəvət edilən ekspertlərin məruzələri dinlənilib və maraqlı müzakirələr aparılıb. Dünyada hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur, bu isə dünyadakı hər on körpədən bir deməkdir. 2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib. 
 
2011-ci ildən başlayaraq 17 noyabr Beynəlxalq Vaxtından Əvvəl Doğulmuşlar Günü kimi qeyd edilir. Belə bir günün qeyd olunmasında əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi və hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.








Redaktorun seçimi