Dr.Nabil Seyidovun “2023-cü ildə LİPİD pozuntularının müalicəsi” mövzusunda təqdimatı keçiriləcək
Mərkəzi Gömrük Hospitalı keyfiyyətli tibb xidmətlərinin göstərilməsi ilə yanaşı respublikada tibbi kadrların hazırlanması prosesində də aktiv iştirak edir. Tibbin bir çox sahələri üzrə mövcud olan rezidentura proqramları çərçivəsində hospitalda 50-dən çox həkim-rezident çalışır. Hospitalın klinik şöbələrinin təcrübəli həkimləri ilə çiyin-çiyinə çalışaraq pasiyentlərin müalicəsini aparmaqla yanaşı, həkim-rezidentlər həmçinin öz bilik və bacarıqlarını hər gün genişləndirir.
Buna dəstək məqsədilə hospitalda artıq ənənəvi olan həftəlik və aylıq seminarlar, təlim kursları və kiçik konfranslar mütəmadi olaraq təşkil edilir. Həmin tədbirlərdən həm həkimlər, həm də həkim-rezidentlər, tələbələr və tibb bacı və qardaşları da daim bəhrələnir. Təcrübəli həkimlər tərəfindən keçirilən seminarlarla yanaşı, həkim-rezidentlər də müxtəlif aktual mövzular üzrə təqdimatlarla çıxış edir, maraqlı müzakirələrə qatılır.
Ənənəni davam edərək, 24 noyabr 2023-cü il tarixində saat 15.00-da Mərkəzi Gömrük Hospitalının Konfrans zalında əyani və zoom vasitəsilə Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidovun “2023-cü ildə LİPİD pozuntularının müalicəsi” mövzusunda təqdimatı keçiriləcək.
Həm hospitalın, həm də digər müəssisələrində çalışan tibb mütəxəssisləri, o cümlədən həkim-rezidentlər və tibb tələbələri bu həftəlik seminar və konfranslarda iştirak edə bilərlər.
İştirak üçün aşağıdakı keçiddən qeydiyyata düşmək tələb olunur. Qeydiyyatdan keçən tibb mütəxəssislərinə telefon və ya e-mail vasitəsilə təsdiq məktubu göndəriləcək.
Virtual qoşulmaq istəyənlər üçün isə Zoom link göndəriləcəkdir.
Qeydiyyat üçün keçid: https://ref.az/Np5nrN