Dr.Təranə Göyüşova “Pediatriyaya müasir yanaşma” mövzusunda beynəlxalq konfransda çıxış edib

Hit: 824
Dr.Təranə Göyüşova “Pediatriyaya müasir yanaşma” mövzusunda beynəlxalq konfransda çıxış edib
Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Təranə Göyüşova 15 noyabr 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Pediatriyaya müasir yanaşma” mövzusunda beynəlxalq elmi-praktik konfransında İnfantil kolik” mövzusunda elmi təqdimatla çıxış edib. Tədbirdə Azərbaycan elminin və səhiyyəsinin inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri, uşaq və gənclərə olan diqqət və qayğısı barədə geniş danışılıb. Konfransın panellərində “Uşaqlarda xroniki öskürəyin diaqnostikası və müalicəsi”, “Xroniki tonzilitin müalicəsinə müasir yanaşma”, “Uşaqlarda bronxial astmaya müasir yanaşma” “Uşaqlarda virus diareyasının diaqnostika və müalicəsi” “Praktik pediatriyada mukozal iltihab” və digər mövzularda məruzələr edilib. Hər sessiya iclasının sonunda elmi müzakirələr aparılıb və konfrans iştirakçılarının sualları cavablandırılıb.








Redaktorun seçimi