Şəkərölçən cihaza əsasən diaqnoz qoymaq doğrudurmu? - AÇIQLAMA

Hit: 362
Şəkərölçən cihaza əsasən diaqnoz qoymaq doğrudurmu? - AÇIQLAMA
Şəkər ölçən cihazlarla diaqnoz qoymaq düz deyil. Bu cihazlar 10-15 faiz səhv qərar verir.
 
Oxu.Az xəbər verir ki, bu fikirləri nazirliyinin rəsmi “Instagram” səhifəsində gedən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.
 
O bildirib ki, bu diaqnoz yalnız laborator şəraitdə müəyyən olunmalıdır:
 
“Qanda şəkərin miqdarı çox görünərsə, panikaya düşmək lazım deyil. Dərhal həkimə müraciət edilməlidir. Analiz götürülməli və diaqnoz buna əsasən qoyulmalıdır. Qanda şəkərin miqdarını mütləq normada saxlamaq lazımdır. Qanda şəkərin miqdarının normadan çox olması orqanların - böyrəklərin, gözlərin, aşağı ətraf orqanların fəaliyyətini sıradan çıxarır. 
Müalicə prosesində müsbət nəticə əldə edilməsi 90 faiz şəkərli diabet xəstələrinin özündən, 10 faiz isə həkimdən asılıdır. Bu xəstəlikdə pasiyentin intizamlı olması vacibdir. Qaydalara riayət etmək, pəhrizə riayət etmək, dərmanların vaxtı-vaxtında qəbulu şəkər xəstələrinin heç bir problem yaşamadan 20 il, 30 il normal həyat tərzinə davam etməsi deməkdir”.








Redaktorun seçimi