Yüksəkixtisaslı kardioloq Günay Məmmədova - “Həkimlərimizi tanıyın!”

Hit: 543
Yüksəkixtisaslı kardioloq Günay Məmmədova - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı kardioloqu Günay Məmmədovanı təqdim edirik.

Dr.GÜNAY MƏMMƏDOVA Mərkəzi Gömrük Hospitalında EKQ, holter monitorinqi, fiziki yük sınağı, exokardioqrafiya, transezofageal EXO, stress exokardioqrafiya, ambulator qan təzyiqi monitorizasiyası ilə pasiyentləri müayinə edir və bütün növ ürək-damar xəstəliklərinin müalicəsini həyata keçirir.
 
Günay həkim  2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil almış, 2010-2011-ci illərdə Respublika Kliniki Xəstəxanasında kardiologiya ixtisası üzrə internatura keçmiş, 2014-cü ildə Türkiyənin İstanbul şəhərində Maltepe  Universitetinin Tibb fakültəsində exokardioqrafiya və kliniki kardiologiya üzrə təkmilləşdirmə kursu keçmişdir.
 
Dr.Günay Məmmədova 2012-2014-cü illərdə müxtəkif tibb müəssisəsində kardioloq kimi çalışmış, 2015-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalında kardioloq kimi fəaliyyət göstərir. O, 2016-cı ildə Türkiyə Kardioloji Birliyinin Birinci Bakı simpoziumunda, 2018-ci ildə Azərbaycan Kardiologiya Cəmiyyətinin VII  Milli konqresində, 2019-cu ildə Avropa Kardioloqlar Cəmiyyətinin Fransanın paytaxtı Parisdə keçirilən Beynəlxalq Kardiologiya konqresində, 2022-ci ildə  Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XI Milli konqresində və eyni ildə IV Azərbaycan İnvaziv Kardiologiya konqresində iştirak etmişdir. 
Dr. Günay Məmmədova Türkiyə Kardiologiya Cəmiyyətinin, Avropa Kardiologiya Cəmiyyətinin və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvüdür.  Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/gunay-mammadova/. Günay həkimin  qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.








Redaktorun seçimi