Dr.Sədi Allahverdiyev “Qadın sağlamlığı və radiologiyası” konfransında təqdimatla çıxış edib

Hit: 489
Dr.Sədi Allahverdiyev “Qadın sağlamlığı və radiologiyası” konfransında  təqdimatla çıxış edib
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Sədi Allahverdiyev 11-12 Noyabr 2023-cü il tarixində Tibbi Layihələrin Təşkili Akademiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “Qadın sağlamlığı və radiologiyası” konfransının “Ümumi ginekologiya” panelində “Qadın reproduktiv traktının anadangəlmə patologiyaları” mövzusunda təqdimatla çıxış edib.  
 
Konfransın birinci günü panel iclasında “Maternal komplikasiyalar” mövzusu ətrafında “Xoşxassəli ginekoloji patologiyalar və hamiləlik”, “Urinal patologiyalar və hamiləlik”, “Hamiləlik zamanı düzgün qidalanma” “Ultrasəs diaqnostikasında müasir trendlər”, “Hamiləlikdə infeksiyalar və laboratoriyaların rolu” və s. mövzularda məruzələr dinlənilib. İkinci paneldə “Süd vəzi radioloji diaqnostikası” mövzusu ətrafında “Süd vəzi MRT diaqnostik kriteriyaları”, “Süd vəzi BI-RADS-kateqoriyaları” və “Rentgen Mammoqrafiya” məruzələri maraqla qarşılanıb. 
 
Konfransın ikinci günündə “Süd vəzi sağlamlığı”, “Ümumi ginekologiya”, “Ginekoloji onkologiya”, “Ginekoloji «Pik-Nöqtələr»  mövzuları ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb. Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyində akkreditasiya olunaraq 14 DTT kredit balı qazanıb.








Redaktorun seçimi