Varşava Tibb Universitetini nümayəndə heyəti ATU-da olub

Hit: 332
Varşava Tibb Universitetini nümayəndə heyəti ATU-da olub
Varşava Tibb Universitetinin (VTU) nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub. Universitetin professoru Agnieszka Chudnoch-Jedrzejevska ali məktəb haqqında geniş məlumat verib.
 
O, VTU-nun Polşada tibbi təhsili üzrə şöhrət qazanmış bir universitet olduğunu vurğulayıb: “Beynəlxalq səviyyədə tanınan bu təhsil mərkəzi həm də Polşanın öz gəncləri üçün arzuolunan ən prestijli yerdir. Hətta Polşanın ən yaxşı iki universitetindən biridir - demək düzgün olardı. Elmi tədqiqatların yüksək səviyyəsi və tədris metodlarının müxtəlifliyi, cəlbediciliyi onu digər tədris məkanlarından tam fərqləndirir. Burada polyak və ingilis dillərində bakalavr, magistr dərəcələrində təhsil ala bilərsiniz. Bu univesitet çox qədimliyi və tibb fakültəsində yüksək nəticələri ilə fərqlənir”.
 
Görüş zamanı ATU-nun Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov qonağa son illər universitetimizdə aparılan islahatlar, yenilənmiş tədris proqramı, universitetdə tələbələrin keyfiyyətli təhsil alması və asudə vaxtını keçirməsi üçün yaradılan şərait haqqında ətraflı məlumat verib.
 
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, VTU-nun İnsan resursları üzrə prorektoru, professor Pavel Vlodarski, Beynəlxalq əlaqələr, inkişaf və təbligat üzrə prorektor Lidiya Przepera-Dzevulska iştirak ediblər.








Redaktorun seçimi