DGK Tibbi Xidmət İdarəsinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Hit: 327
DGK Tibbi Xidmət İdarəsinin rəis müavini beynəlxalq konfransda iştirak edib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 8-11 noyabr 2023-cü il tarixlərində İrlandiya Respublikasının Dublin şəhərində keçirilən 16-cı Avropa İctimai Səhiyyə Konfransında iştirak edib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tədbirə 16-cı Avropa İctimai Səhiyyə Konfransının sədri professor Antoni Staines tərəfindən dəvət olunub.  
 
100-dən çox ölkəni təmsil edən dünyanın və Avropanın 4000-nə yaxın aparıcı mütəxəssisinin əyani iştirakı ilə keçirilən irimiqyaslı beynəlxalq tədbirin plenar və panel sessiyalarında ictimai səhiyyənin müasir dövr üçün mövcud olan ən aktual problemləri barədə məruzələr edilib.
 
Həmçinin, konfransda xroniki xəstəliklər təhlükəsinə cavab tədbirləri, ictimai səhiyyə sistemlərinin dəyişdirilməsi və sağlamlığın təşviqi, səhiyyə işçilərinin bacarıqlarının inkişafı, ətraf mühit sağlamlığı, pandemiyalara hazırlıq, məlumata əsaslanan səhiyyə qanunvericiliyi və siyasəti, ana və uşaq sağlamlığı, psixi sağlamlıq və digər vacib səhiyyə determinantları müzakirə edilib.
 
Mərkəzi Gömrük Hospitalının
PR mütəxəssisi
Dilara Zamanova








Redaktorun seçimi