Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə təşəkkür edib

Hit: 305
Qazimiz Respublika Klinik Xəstəxanasının rəhbərliyinə təşəkkür edib
Qazi Həzi Abdullayev TƏBİB-in tabeliyində fəaliyyət göstərən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Nefrologiya şöbəsinə ümumi zəiflik, halsızlıq, diurezin azalması, massiv ödəmlər, yüksək arterial təzyiq şikayətləri ilə daxil olub.
 
Nefrologiya  şöbəsinin müdiri Xəyalə Tahirova tərəfindən xəstəyə xroniki fokal seqmentar qlomerulonefrit, nefrogen hipertenziya, renal anemiya, xroniki böyrək xəstəliyinin kəskinləşməsi, hemodializ diaqnozu qoyulub.
 
Həzi Abdullayevə müayinə: böyrək biopsiyası-fokal seqmentar qlomeruloskleroz-qlomerulonefritin (müalicəyə çətin və zəif tabe olan növü) müalicəsi tətbiq olunub.
 
Müalicədən sonra xəstənin ümumi vəziyyətində yaxşılaşma qeyd olunaraq ambulator müalicə ilə evə yola salınıb.
 
Qazimiz ona göstərilən diqqət və qayğıya görə Respublika Klinik Xəstəxanasının rəhbərliyinə və Nefrologiya şöbəsinin həkim və tibb personalına öz minnətdarlığını bildirib.








Redaktorun seçimi