Rəşad Mahmudov Beynəlxalq konqresdə çıxış edib

Dr.Rəşad Mahmudov Türkiyədə “19-cu Kardiologiya və Kardiocərrahiyyədə Yeniliklər” mövzusunda keçirilən Beynəlxalq konqresdə məruzə ilə çıxış edib.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov 4-6 noyabr 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Türkiyə Ürək və Sağlamlıq Fondunun, Dünya Ürək Federasiyasının və Amerika Ürək Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “19-cu Kardiologiya və Kardiocərrahiyyədə Yeniliklər” Beynəlxalq konqresinin plenar iclasında elmi məruzə ilə çıxış edib.
Dr.Rəşad Mahmudov çıxışında 2019-cu və 2022-ci illərdə Mərkəzi Gömrük Hospitalında icra edilən, dünya tibb ədəbiyyatında və təcrübəsində bir ilk kimi qeydiyyata alınan, dünyada nadir rast gəlinən bir xəstəliyin cərrahi müalicəsinin uğurlu icrasından, eləcə də bu xəstələrin hazırkı vəziyyəti barədə danışıb. Rəşad həkimin çıxışı konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb, panel müzakirələri çox maraqlı sual-cavablarla yadda qalıb.


