Azərbaycan səhiyyəsində daha bir - İLK YAŞANDI

Hit: 617
Azərbaycan səhiyyəsində daha bir - İLK YAŞANDI
Azərbaycanda ilk dəfə qoltuqaltı və körpücükaltı damarlardan girilərək ürəyin aorta klapanı dəyişdirilib.
 
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin kardioloqlar komandası tərəfindən 80 yaşlı pasiyent üzərində İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfi çərçivəsində fərqli üsulla TAVİ əməliyyatı uğurla icra edilib.
 
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu  bildirib ki, qarın nahiyəsindən aşağıya doğru aorta damarı tıxanıqlığı izlənilən və ciddi damar problemi, eyni zamanda aorta klapanında ciddi darlıq əlamətləri olan 80 yaşlı xəstə hospitala daxil olmuşdur və onun üzərində fərqli üsulla TAVİ əməliyyatı icra edilməsi qərara alınmışdır. Əməliyyat Mərkəzi Gömrük Hospitalının İnvaziv Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq Dr.İlqar Tahiroğlu və Ürək-damar cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov tərəfindən aparılıb.
 
Adətən belə xəstələrdə TAVİ əməliyyatı zamanı ayaq damarlarından girilərək əməliyyat icra edilir. Bu xəstənin ayaq damarlarında ciddi tıxanıqlıq buna maneə yaratdığına görə, məcbur olaraq Azərbaycanda ilk dəfə qoltuqaltı və körpücükaltı damarlardan girilərək ürəyin aorta klapanı dəyişdirilmişdir. Pasiyentin vəziyyəti normaldır və o, 24 saat sonra evə göndərilib.
 
Xatırladaq ki, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində 2023-cü ilin sentyabr ayından etibarən İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində TAVİ əməliyyatı, qaraciyər və böyrək transplantasiyası əməliyyatları icra olunur.








Redaktorun seçimi