"Ölkədə icbari tibbi sığorta çərçivəsində endoprotezləşmə ilə bağlı heç bir növbə yoxdur"

Hit: 989
"Ölkədə icbari tibbi sığorta çərçivəsində endoprotezləşmə ilə bağlı heç bir növbə yoxdur"
"Əminliklə deyə bilərəm ki, bu gün ölkədə icbari tibbi sığorta çərçivəsində endoprotezləşmə ilə bağlı heç bir növbə yoxdur. Çünki müraciət çoxluğundan bu əməliyyat üzrə limit sayı ləğv edilib".
 
"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, bəzən həkimlərdən hər hansı xəstəliklə bağlı müraciətlər olur, belə olan halda bütün bunlar toplanılır və razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilir: "Proses uzun olduğundan tez-tez xidmətlər zərfini dəyişmək olmur. Çünki bu sənəd vacib və detallıdır".








Redaktorun seçimi