Mərkəzi Gömrük Hospitalında UNİCEF-in nümayəndələri ilə görüş keçirilib

Hit: 339
Mərkəzi Gömrük Hospitalında UNİCEF-in nümayəndələri ilə görüş keçirilib
3 noyabr 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında UNİCEF-in Səhiyyə və Qidalanma Proqramının mütəxəssisi Töhfə Cəmilova və Sağlamlıq və Qidalanma üzrə məsləhətçi Vəfa Ağayeva ilə görüş keçirilib.
 
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, Pediatriya şöbəsinin rəisi Telman Aytayev, pediatr Təranə Göyüşova, Uşaq cərrahiyyəsi şöbəsinin rəisi Vüsal Cəfərov, Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, Tibbi laboratoriyanın rəis əvəzi Səbinə İbrahimova və DGK Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə iştirak ediblər. 
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev görüşdə uşaq və qadınların sağlamlığına xidmət edəcək və 2024-cü ildə başlanılması nəzərdə tutulmuş layihənin əhəmiyyətindən danışıb, eyni zamanda yaxın zamanlarda imzalanacaq Əməkdaşlıq memorandumundan əvvəl bir sıra məsələlərin həlli ilə bağlı işçi qrupunun təqdim etdiyi təkliflərin layihənin hazırlanması zamanı nəzərə alınacağını qeyd edib. 
 
Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayev layihənin əhəmiyyətini vurğulayaraq, onun həyata keçirilməsi ilə ölkəmizdə uşaq və qadın sağlamlığının qorunması sahəsində mövcud olan bir sıra problemlərin tez bir zamanda həllini tapacağına əminliyini bildirib. İşgüzar görüşdə gələcək əməkdaşlıq və perspektivlər müzakirə olunub.








Redaktorun seçimi