Dr.Kamran Beydullayev - “Həkimlərimizi tanıyın!”

Hit: 623
Dr.Kamran Beydullayev - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr.Kamran Beydullayevi təqdim edirik.

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə transplantasiya sahəsində bir çox ilklərə və yeniliklərə imza atan ümumi cərrah və cərrah transplantoloq Kamran Beydullayevi təqdim edirik. Dr. KAMRAN BEYDULLAYEV Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını icra edir, öd kisəsi və öd yolları, mədəaltı vəzi əməliyyatları, mədə, nazik və yoğun bağırsaq və proktoloji əməliyyatları, yırtıqlar, endokrin vəzi xəstəlikləri əməliyyatlarını, böyrəküstü vəzi əməliyyatlarını həm açıq, həm də laparoskopik yolla həyata keçirir. Laparoskopik üsulla aparılan əməliyyatlara böyrək transplantasiyası zamanı icra edilən donor əməliyyatı da daxildir. Dr.Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili almış və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışmışdır. 2007-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək İngiltərə Kral Cərrahlar Kollecinin ümumi cərrahiyyə diplomunu almışdır. O, 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçmişdir. Dr.Kamran Beydullayev 2007-2018-ci illərdə özəl tibb müəssisəsinin Orqan transplantasiyası şöbəsində həkim-cərrah kimi çalışmış, 2018-ci ildən etibarən isə Mərkəzi Gömrük Hospitalının Сərrahiyyə və orqan transplantasiyası şöbəsində cərrah-transplantoloq kimi fəaliyyət göstərir. O, müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 20-ə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür. Kamran həkimin bu yaxınlarda ABŞ-ın nüfuzlu “Elsevier” nəşriyyatının çap etdirdiyi “Transplantation Proceedings” jurnalında həmmüəlliflərdən biri olduğu 2 məqaləsi dərc olunub. MDB məkanında uşaqlarda qaraciyər transplantasiyası əməliyyatlarında donor əməliyyatını ilk dəfə Kamran həkim laparoskopik yolla icra edib. Dr. Kamran Beydullayevin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/kamran-beydullayev/#.








Redaktorun seçimi