Dr.Fərəh Vahabova - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Dr. Fərəh Vahabovanı təqdim edirik.
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə uşaqların sağlamlığının keşiyində duran mehriban və qayğıkeş pediatr-neonatoloq Fərəh Vahabovanı təqdim edirik.
Dr. FƏRƏH VAHABOVA Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya kimi xəstəliklərin müalicəsi və ağır xəstələrin stasionar şəraitdə müalicəsi ilə məşğul olur.
Dr. Fərəh Vahabova 2003-cü ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2003-2004-cü illərdə Elmi Tədqiqat Pediatriya İnstitutunda internatura təhsili almışdır. Əmək fəaliyyətinə 2000-ci ildə başlayan Dr. Fərəh Vahabova 2012-ci ilə qədər müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr kimi çalışmışdır.Dr. Fərəh Vahabova 2012-ci ildən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.
Dr. Fərəh Vahabova daim öz üzərində çalışan həkimdir. O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində tətbiq edir. O, daim mötəbər beynəlxalq konfranslarda, seminarlarda və elmi-praktik konfranslarda iştirak edir. Belə ki, 2018-ci ildə Neonatologiya üzrə 1-ci Bakı Beynəlxalq Konfransında, “Pediatriyada yeniliklər” mövzusunda VIII Simpoziumda, 2019-cu ildə Neonatologiya üzrə Azərbaycan-Türkiyə 2-ci İntensiv təlim kursunda, Neonatologiya üzrə 2-ci Bakı Beynəlxalq konqresində, 2021-ci ildə Professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə keçirilən “Təbabətin aktual problemləri 2021” mövzusunda elmi-praktik konqresdə və 2022-ci ildə Türkiyə Pediatrlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XXVIII Milli Uludağ Pediatriya Qış konqresində iştirak edib.
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/fereh-vahabova/. Dr. Fərəh Vahabovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.


