"Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər"

"Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcəkdir.
28 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Naxçıvan Baş Gömrük İdarəsinin və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Kardiologiya və kardiovaskulyar cərrahiyyədə yeniliklər" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcəkdir.
Konfransda kardiologiya və kardiovaskulyar cərrahiyyədə müasir trendlər, o cümlədən mövzu ilə əlaqəli sıx rast gəlinən müzakirəli mövzular barədə yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq Konfrans radioloq, ürək-damar cərrahı, kardioloq, nefroloq, fizioterapevt, ümumi cərrah, onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
H.Əliyev ili çərçivəsində həyata keçiriləcək Konfransın Ulu Öndərin doğulduğu Naxçıvan şəhərində həyata keçirilməsi planlaşdırılır.
Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.
Konfransda iştirak ödənişsizdir.
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2023/09/proqram28.pdf
Əlavə məlumat almaq üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.


