İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub - FOTOLAR

Hit: 327
İrsi qan xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası təşkil olunub - FOTOLAR
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının tərəfdaşlığı, “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin  təşkilatçılığı və “Dəniz Mall” ticarət mərkəzinin dəstəyi  ilə  Ümümmilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam olaq, Donor olaq” şüarı altında qanvermə aksiyası keçirilib.
 
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən qanvermə aksiyasından  toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (Qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
 
Aksiya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil edilir.
 
1
1
1
1
1








Redaktorun seçimi