Təcili tibbi yardım həkimi Samirə Əliyeva - “Həkimlərimizi tanıyın!”

Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Təcili Tibbi Yardım şöbəsinin təcili tibbi yardım həkimi Samirə Əliyevanı Sizə təqdim edirik. Dr.Samirə Əliyeva 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. 2021-ci ildən Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-terapevt ixtisası üzrə təkmilləşdirmə kursları keçir.
Samirə həkim 2005-ci ildə Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Terapiya şöbəsində və 1 saylı şəhər klinik xəstəxanasında, 2005-2006-cı illərdə Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsində internatura təhsili almışdır. 2006-2010-cu illərdə özəl tibb müəssisələrində həkim-koordinator kimi çalışmışdır. 2010-2015-ci illərdə Mərkəzi Gömrük Hospitalında Xəstə xidmətləri şöbəsində həkim-koordinator, 2019-cu ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-terapevt, 2019-cu ildən 2023-cü ilin sentyabr ayına qədər Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində 0,5 ştat vahidi ilə həkim-terapevt kimi fəaliyyət göstərib.
20 sentyabr 2023-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında təcili yardım həkimi kimi fəaliyyətə başlamış Dr.Samirə Əliyevanı yeni təyinatı münasibətlə təbrik edir və ona işlərində uğurlar arzulayırıq!


