Ürək-damar xəstəliklərinin effektiv diaqnostikası

Hit: 346
Ürək-damar xəstəliklərinin effektiv diaqnostikası
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində ürək-damar xəstəliklərinin effektiv diaqnostikası, müayinə və müalicəsi yüksəkixtisaslı  həkimlər tərəfindən həyata keçirilir.
 
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində xəstələr üzərində TAVİ əməliyyatı, döş qəfəsində olan anevrizmalar, yırtıqlar, ayaq damarından girilərək qapadılması prosedurları icra olunur. Stasionarda və angioqrafiyada müayinəyə gələn hər bir pasiyentə dünya protokolları üzrə yüksəkixtisaslı mütəxəssislər tərəfindən lazımi tibbi müdaxilələr edilir. EXO müayinəsi vasitəsilə ürəyin klapanlarının vəziyyəti, ümumi narkozla isə pasiyentə zond uddurularaq ürəyin arxa tərəfindən görüntülər alınmaqla ürək dəyərləndirilir.  
 
Son vaxtlar Hospitalda Kardiologiya şöbəsinin yüksəkixtisaslı invaziv kardioloqları tərəfindən icra olunan əməliyyatlar sırasında Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatını qeyd etmək lazımdır. TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. Bu əməliyyat yanaşı xəstəlikləri olan yaşlı insanlar, o cümlədən yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. 
İnsanlar yaşlandıqca onların aorta damarı, yəni ürəyin çıxış damarındakı aorta qapağı daralmağa başlayır. Kirəclənmə ilə əlaqədar darlıqlar yaranır. Əvvəllər belə xəstələrdə açıq ürək əməliyyatı həyata keçirməklə bu klapan dəyişdirilirdisə, hazırda məhz TAVİ əməliyyatı ürəyə açıq müdaxilə olmadan aparılan əməliyyatlardan biridir.
Bu zaman xəstənin ürəyində açıq ürək əməliyyatı həyata keçirməyə ehtiyac olmur. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir. TAVİ əməliyyatı narkoz verilmədən, ümumi anesteziya olmadan, sadəcə yüngül sedasiya vasitəsilə heç bir kəsik aparılmadan icra olunur. 
 
Əgər əməliyyatdan əvvəl xəstələrdə xəstələrdə boğulma, təngnəfəslik müşahidə edilirsə, TAVİ əməliyyatından sonra bu narahatlıqların heç biri izlənmir.
TAVİ əməliyyatının xəstə üçün üstünlüyü odur ki, o, 24/48 saat sonra evə buraxılır və gündəlik həyatına davam edir. Dünya kardiologiya təlimatlarında artıq TAVI metodikası klassik açıq əməliyyatla eyni səviyyədə tövsiyə olunur.
 
Sevindirici haldır ki, Mərkəzi Gömrük Hospitalında hazırda TAVİ əməliyyatı icbari sığorta ilə tətbiq edilir. Kardiologiya şöbəsi kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin fəaliyyəti ilə bağlı reportajın linkini Sizə təqdim edirik. 
 
https://youtu.be/-YpOxWNoMxE








Redaktorun seçimi