Septoplastika əməliyyatı hansı yaşda edilə bilər?
Mərkəzi Gömrük Hospitalının otorinolarinqoloqu, t.f.ü.d., Elvin Əzizov: “Septoplastika əməliyyatı hansı yaşda edilə bilər?” mövzusunda AZTV-nin “Səhər” proqramına müsahibə verib. Dr.Elvin Əzizovun çıxışını
Sizə təqdim edirik. https://youtu.be/VXN0tkTrR3E
Burun tutulmalarının da ən çox rast gələn səbəbi isə burun çəpərinin əyriliyidir. Burun çəpəri hər iki burun dəliyini bir-birindən ayıran ortadakı divara, arakəsməyə deyilir.
Septoplastika əməliyyatı hansı yaşlarda edilir?
Qızlarda 16-17, oğlanlarda 17-18 yaşdan sonra həyata keçirilə bilər. Əməliyyata əks göstəriş olan yanaşı bir xəstəlik yoxdursa yuxarı yaş həddi yoxdur. Bəzi istisna hallarda uşaqlarda da septoplastika əməliyyatı həyata keçirilə bilir. Xüsusilə burundan nəfəsalmanı tamamilə çətinləşdirən, yuxu apnoesinə səbəb olan, ağız-çənə-diş inkişafını nəzərəçarpacaq dərəcədə pozan əyriliklər olduğu zaman uşaq septoplastikası həyata keçirilir.
Ancaq uşaqlarda böyümə-inkişaf davam etdiyi üçün burun çəpərinin böyümə nöqtələrinə toxunmadan məhdud şəkildə yanaşaraq, yalnız əyri hissələri düzəldib, mümkün qədər yerinə qoyaraq qoruyucu bir əməliyyat həyata keçirilməlidir.