Prostat adenoması zamanı meydana çıxan problemlər və onların müalicəsi
Prostat böyüməsi prostat adenoması da adlandırılır və prostatın xoş xassəli böyüməsidir. Prostat böyüməsi insanlarda iki problem ortaya çıxarır. Bu problemlərdən birincisi, sidiklə bağlıdır. Məsələn, sidiyə tez-tez getmə, sidik şırnağında zəifləmə, sidiyin tam boşalmama hissi, sidik qaçırtma və s. problem meydana gəlir. Prostatın böyüməsi müşahidə olunan xəstələrin 50 faizində yanaşı olaraq cinsi problemlər də meydana çıxır.
Prostar böyüməsi müşahidə olunan xəstələrin təxminən yarısında ereksiyada zəifləmə, cinsi istəyin azalması, erkən boşalma kimi cinsi problemlər meydana gəlir. Buna görə də, prostat böyüməsi olan xəstələrdə bu yanaşı problemləri də dəyərləndirmək və müalicə etmək lazımdır. Müalicə növləri xəstələrin şikayətlərinin dərəcəsinə görə verilir.
Prostat adenoması, onun aşkar edilməsi və müalicə üsulları haqqında Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Dr.Samir Ağalarov danışıb.Samir həkimin çıxışını Sizə təqdim edirik.
Ətraflı videosüjetdə izləyin. https://youtu.be/33bDBSUbVHw