Pediatr-neonatoloq Dr. Nazilə Hüseynova - “Həkimlərimizi tanıyın!

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə yüksəkixtisaslı həkim, balaca pasiyentlərinə qarşı diqqətcil olan pediatr-neonatoloq Dr. Nazilə Hüseynovanı təqdim edirik.
DR.NAZİLƏ HÜSEYNOVA Mərkəzi Gömrük Hospitalında yeni doğulmuş uşaqların müayinəsi, uşaqların anadan olduğu dövrdən 17 yaşa kimi olan dövrdə müayinə və müalicəsi, vaksinasiya, uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya kimi xəstəliklərin müalicəsi və ağır xəstələrin stasionar şəraitdə müalicəsi ilə məşğul olur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/nazile-huseynova/.
Nazilə həkim 2004-2010-cu illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil almış və 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanada uşaq endokrinologiyası ixtisası üzrə internatura keçmişdir. O, 2011-2016-cı illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-neonatoloq kimi çalışıb. O, 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında pediatr-neonatoloq kimi fəaliyyət göstərir.
Daim beynəlxalq konfranslarda, seminarlarda, təkmilləşdirmə kurslarında iştirak edən Dr. Nazilə Hüseynova tibb elminin nailiyyətlərini öyrənir və öz təcrübəsində tətbiq edir. O, 2011-ci ildə Türkiyə Türçesi Eğitim Öğretim mərkəzinin pediatriya sahəsi üzrə təkmilləşdirmə kursunda, 2012-ci ildə Türkiyənin İstanbul şəhərində Acıbadem Xəstəxanalar Qrupunda neonatologiyada intensiv terapiya və reanimasiya kursu üzrə təlimdə, 2019-cu ildə Bakı şəhərində ATU-nun və Türkiyənin Ankara Universitetinin təşəbbüsü ilə keçirilmiş “Pediatrik reanimasiya və təcili pediatrik yardım” üzrə təlim kursunda iştirak etmişdir. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
(012) 404-08-08
Bakı, K.Kazımzadə, 118


