“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi”

Hit: 380
“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi”

“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans 4 DTT balı ilə qiymətləndirilib.

30  may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
Konfrans immunoloq, allerqoloq, terapevt, dermatoveneroloq, endokrinoloq, infeksionist, fizioterapevt, anestezioloq-reanimatoloq, psixiatr ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
 
Konfransda iştirak ödənişsizdir!  
 
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Belə ki, Konfrans 13:50-dən 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük
 
Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/postkovid-sindrom-qlobal-pandemiyanin-arzuolunmaz-neticesi/
Qeydiyyat linki: https://forms.gle/hAc9RGJwYN3niADL9








Redaktorun seçimi