Dr.Aynur Səfiyeva Cərrahiyyə Konqresində iştirak edib

Hit: 492
Dr.Aynur Səfiyeva Cərrahiyyə Konqresində iştirak edib

Dr.Aynur Səfiyeva Türkiyədə 2-ci Beynəlxalq Türk Kolorektal Cərrahiyyə Konqresində iştirak edib

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.ü.f.d., Dr.Aynur Səfiyeva 16-20 may 2023-cü il tarixlərində Türkiyə Kolon və Rektal Cərrahiyyə Dərnəyinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində keçirilmiş 2-ci Beynəlxalq Türk Kolorektal Cərrahiyyə Konqresində və XIX Milli Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edib. Aynur həkim maraqlı posterlə çıxış edib, tədbir iştirakçıları ilə öz təcrübəsini bölüşmüş, onların çoxsaylı suallarını cavablandırıb. 
 
Konqresdə dünyanın bir çox ölkələrindən öz sahələrində yüksək nailiyyətlər qazanmış nüfuzlu cərrahlar öz təcrübələrini bölüşüblər. Eyni zamanda kolorektal xəstəliklər sahəsində yüksək səviyyəli elmi mübadilələr aparılmış, kolorektal cərrahiyyədə ən yeni və uğurlu müalicə üsulları mütərəqqi yanaşmalarla müzakirə edilmişdir. 5 gün davam edən konqres başa çatdıqda iştirakçılara sertifikatlar təqdim edilib.








Redaktorun seçimi