Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavin beynəlxalq Konqresdə

Hit: 394
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavin beynəlxalq Konqresdə
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev İspaniya Krallığının Palma de Mayorka şəhərində keçirilən Avropa Toksikoloji Mərkəzlər və Kliniki Toksikoloqlar Assosiasiyasının (EAPCCT) 43-cü Konqresində iştirak edir.
 
Dünyanın 60-dan çox ölkəsindən 500-dən çox əyani iştirakçısı olan irimiqyaslı beynəlxalq tədbirin plenar və panel sessiyalarında indiki dövr üçün aktual olan Kliniki, Hərbi, Peşə və Profilaktik Toksikologiyaya aid məsələlər  müzakirə olunub.  Kəskin zəhərlənmələrin epidemiologiyası, narkotik və psixotrop maddələrlə zəhərlənmələrin diaqnostikasına və müalicəsinə müasir yanaşmalar, kəskin kimyəvi mənşəli intoksikasiyalar zamanı daxili üzvlərin zədələnməsinin terapiyası, aktiv detoksikasiyanın və antidot vasitələrin yeni növlərinin tətbiqi, sui-qəsd xarakterli zəhərlənmələrin qarşısının alınması, peşə intoksikasiyalarının profilaktikası, dərmanların allergik və başqa xoşagəlməz effektlərinə nəzarət, hərbi toksikologiya və bir sıra digər aktual məsələlər dünyanın və Avropanın aparıcı mütəxəssislərinin iştirakı ilə işıqlandırılıb və müzakirə edilib.
 
Dosent İsmayıl Əfəndiyev Azərbaycanda sui-qəsd mənşəli zəhərlənmələrin epidemiologiyası və bu növ intoksikasiyalara qarşı profilaktik tədbirlərə dair poster prezentasiyası təqdim edib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb. 
Beynəlxalq Konqres öz işini may ayının 26-na qədər davam etdirəcək.








Redaktorun seçimi