Həkim-radioloq Emin Məmmədov - “Həkimlərimizi tanıyın!”

Hit: 370
Həkim-radioloq Emin Məmmədov - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə dəqiq diaqnozları ilə pasiyentlərin etibarını qazanmış yüksəkixtisaslı həkim-radioloq Emin Məmmədovu təqdim edirik.

Dr. EMİN MƏMMƏDOV Mərkəzi Gömrük Hospitalında Maqnit Rezonans Tomoqrafiya və Kompüter Tomoqrafiya - ümumi radiologiya, neyroradiologiya, döş qəfəsi radiologiyası, əzələ-dayaq sistemi radiologiyası, uşaq radiologiyası, qara ciyərin KT volümetriyası, rentgen, sümük densitometriyası diaqnostika metodları ilə müayinələri həyata keçirir.
 
Dr. Emin Məmmədov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirmiş, 2007-2008-ci illərdə Milli Onkologiya Mərkəzində şüa diaqnostikası ixtisası üzrə internatura təhsili almışdır. O, 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında radioloq kimi fəaliyyət göstərir.
 
Emin həkim daim öz üzərində çalışan, bilik və bacarıqlarını zənginləşdirən yüksək ixtisaslı mütəxəssisdir. O, 2010-cu ildə Türkiyənin İstanbul şəhərində yerləşən məşhur Florence Nightingale Xəstəxanalar Qrupunda və 2011-ci ildə İstanbulun Qaziosmanpaşa xəstəxanasında  ixtisasartırma kursları keçmiş, 2019-cu ildə isə Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Radioloji konfransında iştirak etmişdir. Dr. Emin Məmmədov Avropa Radioloji Cəmiyyətinin üzvüdür. 
 
Qeyd edək ki, Dr.Emin Məmmədov Mərkəzi Gömrük Hospitalın ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov və Azərbaycan Tibb Universitetinin professoru Nuru Bayramovun birgə “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Transplantation Proceedings” jurnalının 2019-cu ilin sentyabr nömrəsində “Potensial canlı qaraciyər donorlarında qaraciyər parenximasının preoperativ dəyərləndirilməsi” adlı elmi məqaləsi ingilis dilində dərc olunmuşdur. 
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/emin-mammadov/
Dr. Emin Məmmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.








Redaktorun seçimi