Şahlar Mirqasım “COVID-19 Layihəsinin Qlobal vebinarı”nda iştirak edib

Hit: 399
Şahlar Mirqasım “COVID-19 Layihəsinin Qlobal vebinarı”nda iştirak edib
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım “COVID-19 Layihəsinin Qlobal vebinarı”nda iştirak edib.
 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım 22 may 2023-cü il tarixində Ümumdünya Gömrük Təşkilatının təşkilatçılığı ilə keçirilən “COVID-19 Layihəsinin Qlobal vebinarı”nda iştirak edib. 
 
Onlayn formatda keçirilən tədbiri açılış nitqi ilə açan Ümumdünya Gömrük Təşkilatının Baş katibi Kunio Mikuriya “COVID-19 Layihəsinin” uğurla başa çatmasını vurğulamış, bu istiqamətdə Ümumdünya Gömrük Təşkilatının həyata keçirdiyi genişmiqyaslı layihələri barədə məlumat verib.
Dünyanın 50-dən çox ölkəsini təmsil edən nümayəndələr vebinarın işinə qoşulublar.
 
Onlayn formatda keçirilən tədbir iştirakçılarına Ümumdünya Gömrük Təşkilatının 2020-ci ilin iyulunda start verilmiş və 2023-cü ildə sona çatmış COVID-19 layihəsinin nəticələri və nailiyyətləri barədə ətraflı məlumat verilib. Həmçinin, benefisiarlarla fövqəladə halların idarə edilməsi sahəsinə dair təcrübələrin, o cümlədən COVID-19 pandemiyasına cavab vermək yolları və gələcəkdə baş verəcək köklü dəyisikliklərə səbəb olan hadisələrə hazırlığı artırmaq məqsədilə qabaqcıl təcrübələrin mübadiləsi aparılıb.








Redaktorun seçimi