“Azərbaycandan Böyük Britaniyaya aparan uğur hekayəsi”

Hit: 328
“Azərbaycandan Böyük Britaniyaya aparan uğur hekayəsi”

“Azərbaycandan Böyük Britaniyaya aparan uğur hekayəsi” şüarı ilə Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair hibrid formatda maarifləndirici görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə gənc həkim və rezidentlər üçün “Azərbaycandan Böyük Britaniyaya aparan uğur hekayəsi” şüarı ilə Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair  hibrid formatda maarifləndirici görüş keçirilib. 
 
Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d, mama-ginekoloq Təranə Bayramova,  mama-ginekologiya sahəsi üzrə təhsil alan rezidentlər, Azərbaycanda dövlət və özəl tibb müəssisələrində çalışan gənc həkimlər, rezidentlər və mama-ginekoloqlar iştirak ediblər. 
Tədbirdə açılış sözü ilə çıxış edən İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi Təcrübi Tədris Mərkəzi tərəfindən həkimlərin, tibb işçilərinin, rezidentlərin davamlı tibbi təhsili məqsədilə keçirilən elmi tədbirlər barədə ətraflı məlumat verib. İsmayıl Əfəndiyev bildirib ki, Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq beynəlxaq səviyyəli tədbirlərin keçirilməsi davam etdirilir. Bu baxımdan İ.Əfəndiyev tədbir iştirakçılarını həyata keçirilən tədbirlərdə fəal iştirak etməyə səsləyib.
 
Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadənin moderatorluğu ilə davam edən maarifləndirici görüş zamanı Böyük Britaniyanın Kral Bekşeyr Hospitalının həkimi MD, Səkinə İbrahimova “Böyük Britaniyada diplomdansonrakı tibb təhsili: ümumi prosedur və qaydalar” və Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu PhD Fidan İsrafil-Bəyli “Böyük Britaniyada mama-ginekologiya üzrə ixtisaslaşma: ümumi prosedur və qaydalar” barədə ətraflı məlumat veriblər. Tədbirin sonunda Dr.Səkinə İbrahimova və PhD Fidan İsrafil-Bəyli onlara ünvanlanan sualları cavablandırıblar. Qeyd edək ki, tədbir Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən canlı yayımlanıb. https://www.facebook.com/customshospital/.








Redaktorun seçimi