Travmatoloq-ortopedi Müseyib Əhmədov - “Həkimlərimizi tanıyın!”

Hit: 410
Travmatoloq-ortopedi Müseyib Əhmədov - “Həkimlərimizi tanıyın!”
“Həkimlərimizi tanıyın!” rubrikasında Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı travmatoloq-ortopedi Müseyib Əhmədovu Sizə təqdim edirik. 
 
DR.MÜSEYİB ƏHMƏDOV 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 1994-1995-ci illərdə 1 saylı Hərbi Hospitalda travmatologiya və ortopediya ixtisası üzrə internatura təhsili almış və 1997-1998-ci illərdə Ukraynanın Xarkov şəhərində Sitenko adına Travmatologiya və Ortopediya İnstitutunda ordinatura keçmişdir.
Həkimlik fəaliyyətinə Ukraynanın Mariupol şəhərində başlayan Müseyib həkim vətənə qayıtdıqdan sonra dövlət tibb müəssisəsində, 2002-2009-cu illərdə Səudiyyə Ərəbistan Krallığının Bureydah şəhərində yerləşən Bureydah Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped kimi çalışıb. O, 2009-cu ildən etibarən Mərkəzi Gömrük Hospitalında fəaliyyət göstərir.
 
İxtisası üzrə bilik və bacarıqlarının artırılmasına daim çalışan Müseyib həkim 2001-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya ixtisası üzrə 3 aylıq İxtisasartırma kursunu, 2004-2010-cu illərdə isə İsveçrə, Malta və Ukraynada “Sintez və travma” mövzusunda  kursları bitirib. Çalışdığı sahələr üzrə ortopedik və travmatoloji müayinələrin müasir metodlarla aparılması, sınıqların cərrahi müalicəsi, süni oynaqların köçürülməsi (Endoprotez), vertebra cərrahiyyəsi, artoskopik cərrahiyyə, ön çarpaz bağ, menisk cırılması, idman travmaları, uşaq ortopedik cərrahiyyəsi, bud-çanaq oynağının anadangəlmə çıxıqları, yaşlı pəncəlik, uşaqlarda anadangəlmə anamaliyalar və deformasiyalar, estetik ortopedik cərrahiyyədə böyük təcrübə qazanıb.
 
2014-cü ildə İtaliyanın Roma şəhərində “Oynaq və sümük cərrahiyyəsi”, 2016-cı ildə Avstriyanın  Zalsburq şəhərində Uşaq ortopediya və travmatologiyası”,  2017-ci ildə  Türkiyənin Antalya şəhərində XXVII  Beynəlxalq Türk Ortopedik və Travmatoloji konqresində,  2018-ci ildə İspaniyanın Barselona şəhərində Avropa  Ortoped-Travmatoloqlar Assosiasiyasının 19-cu konqresində iştirak edib. Dr. Müseyib Əhmədov Səudiyyə Ərəbistanı Tibb Assosiyasiyasının üzvüdür. 
 
Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/museyib-ahmedov/. Dr. Müseyib Əhmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.








Redaktorun seçimi