Gömrük Hospitalında işemik insultun müalicəsi uğurla həyata keçirilir

Hit: 381
Gömrük Hospitalında işemik insultun müalicəsi uğurla həyata keçirilir
Mərkəzi Gömrük Hospitalında beyin, onurğa və periferik sinir sisteminin müxtəlif xəstəliklərinin diaqnostikası və müalicəsi peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Hospitalın ambulator və stasionar şəraitində mərkəzi və periferik sinir sisteminin kəskin və xroniki xəstəliklərinin müayinəsi, müalicəsi və reabilitasiyası, sinir sisteminin iltihablı xəstəliklərinin müalicəsi, osteoxondroz və onun ağırlaşmaları, kəskin və xroniki ağrılarla daxil olan xəstələrin müalicəsi, əməliyyat sonrası bərpaedici müalicə icra olunur.
Nevrologiya şöbəsində tətbiq edilən elektroensefaloqrafiya və elektromioqrafiya kimi müayinə üsulları nevroloji xəstələrin diaqnostikasında əvəzolunmazdır. 
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünya əhalisinin hər 1000 nəfərinə düşən insultların sayı 1-4 arasında dəyişir. Bütün insultların yarısı 70 yaşdan yuxarı insanlarda inkişaf edir. Xəstəliyin get-gedə cavanlaşması bütün dünyada olduğu kimi, Azərbaycanda da müşahidə edilir. Bunun səbəbi ekologiyanın çirkləndirilməsi, keyfiyyətsiz qida məhsullarının artması, oturaq həyat tərzi, fiziki aktivliyin az olması, stress hallarının gündəlik həyatımızda artması və s.-dir.  
İşemik insult – beyin qan axınının kəskin azalması, damar, ürək və ya qan xəstəlikləri ilə bağlı, tromboz və ya emboliya ilə əlaqədar, beynin müəyyən bir bölgəsində kifayət qədər qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsidir. Bir sutkadan çox davam edən və ya bir sutka ərzində ölümlə nəticələnən nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunan sindromdur.
 
Beyin hüceyrələrinin ona lazım olan oksigen və qida maddələrini ala bilməməsi səbəbindən ölümüdür. Bu tip insulta beyin infarktı da deyilir.
Işemik insult –ürək-damar sisteminin müxtəlif xəstəlikləri zamanı proqressivləşən ümumi və ya yerli damar zədələnmələri çərçivəsində inkişaf edən epizoddur. Bir qayda olaraq, işemik insult arterial hipertoniya, ateroskleroz, revmatik ürək qüsuru, ürəyin işemik xəstəliyi, şəkərli diabet və damarları zədələyən digər patologiyaları müşayiət edir. İşemik insultun klinikası damar pozğunluqlarının lokalizasiyasından asılı olan ümumi beyin və ocaqlı simptomlardan ibarətdir. İşemik insultun ən mühüm instrumental diaqnostika vasitəsi, eləcə də onu hemorragik insultdan fərqləndirmə üsulları beynin KT və MRT-dir.








Redaktorun seçimi