"Tibb bacısı, yoxsa xəstə?!” mövzusunda təlim keçirilib

Hit: 348
"Tibb bacısı, yoxsa xəstə?!” mövzusunda təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün “Gərginlik və mübahisəli məsələlərdə kim haqqlıdır? Tibb bacısı, yoxsa xəstə?!” mövzusunda növbəti təlim keçirilib
 
15 may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün “Gərginlik və mübahisəli məsələlərdə kim haqqlıdır?Tibb bacısı,yoxsa xəstə?!” mövzusunda növbəti təlim keçirilib.
 
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının tibb bacısı Nigar Maqsudova xəstə ilə tibb bacısı arasındakı ünsiyyətdə tibb bacısının davranışı, xəstə ilə sağlam münasibət qurulmasına əngəl olan səbəbləri ortadan qaldırmaq üçün tibb bacısının diqqət etməli olduğu nöqtələr, tibb bacısı ilə xəstə ünsiyyətinə təsir
edən amillər, gərginlik və mübahisəli məsələlər zamanı tibb bacısının diqqət etməli olduğu nüanslar və mövzu ilə əlaqəli digər məsələlər barədə ətraflı məlumat verib.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb və təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.








Redaktorun seçimi