Uzman uroloq-androloq Dr.Samir Ağalarov - “Həkimlərimizi tanıyın!”

Hit: 525
Uzman uroloq-androloq Dr.Samir Ağalarov - “Həkimlərimizi tanıyın!”
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə peşəsini sevən və pasiyentlərinə qayğı və diqqətlə yanaşan yüksəkixtisaslı həkim, uzman uroloq-androloq Dr.Samir Ağalarovu təqdim edirik.
 
DR.SAMİR AĞALAROV Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsində kişi sonsuzluğu, varikosel, enməmiş xaya, Hipospadias (doğuşdan sünnətli), böyrək və sidik axarı daşları, qadınlarda sidik qaçırma, prostat adenoması, onkoloji xəstəliklər, uşaqlarda gecə sidik qaçırma, cinsi zəiflik və digər cinsi xəstəliklərin müasir üsullarla müalicəsi və cərrahiyyəsini həyata keçirir. 
 
Dr.Samir Ağalarov 2010-cu ildə Türkiyə Respublikası Erciyes Universitetinin Tibb fakültəsini bitirmiş,  2014-2019-cu illərdə Okmeydanı Təhsil və Tədqiqat Xəstəxanasının Urologiya şöbəsində urologiya-andrologiya ixtisası üzrə uzmanlıq təhsili almışdır. Samir həkim 2012-2014-cü illərdə Türkiyə Respublikasında Bodrum Acıbadem xəstəxanasında təcili tibbi yardım həkimi, 2019-2021-ci illərdə Azərbaycanda özəl tibb müəssisəsində uroloq-androloq kimi fəaliyyət göstərib. 2021-ci ildən Mərkəzi Gömrük Hospitalında uroloq-androloq kimi fəaliyyət göstərir.
 
Dr.Samir Ağalarov öz üzərində daim çalışan, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda, təkmilləşdirmə kurslarında müntəzəm iştirak edən, biliklərini artıran və iş təcrübəsində bu bilikləri tətbiq edən təcrübəli uroloq-androloqdur. Belə ki, o, 2015-ci ildə Türkiyənin İzmir şəhərində Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən II Dünya Endouroloji konqresində “Tək böyrəkli transplant xəstəsində mövcud olan daşın qapalı cərrahiyyəsi” mövzusunda çıxış edib, 2016-cı ildə Endourologiya Təşkilatının təşkilatçılığı ilə “Laparoskopik və robotik cərrahiyyə” kursunda iştirak edib. 
 
Həmin ildə Parisdə Fransa Uroloji Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Endorulogiyanın problemləri” konqresində, 2017-ci ildə Şimali Kipr Türk Respublikasında Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XXVI Beynəlxalq Urologiya konqresində, 2019-cu ildə İstanbul Acıbadem Taksim xəstəxanasının təşkilatçılığı ilə “Laparoskopik və Robotik canlı cərrahiyyə” kursunda, 2022-ci ildə  Şimali Kipr Türk Respublikasında Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən 31-ci Milli Urologiya konqresində iştirak etmişdir.
 
O, Avropa Urologiya Cəmiyyətinin, Amerika Urologiya Cəmiyyətinin və Türkiyə Uroloji Cərrahlar Cəmiyyətinin üzvüdür.Dr.Samir Ağalarovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:https://customshospital.az/samir-agalarov/#








Redaktorun seçimi