Maarifləndirici görüş keçiriləcək

Hit: 448
Maarifləndirici görüş keçiriləcək
Gənc həkim və rezidentlər üçün Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair maarifləndirici görüş keçiriləcəkdir.
 
19  may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə gənc həkim və rezidentlər üçün “Azərbaycandan Böyük Britaniyaya aparan uğur hekayəsi” şüarı ilə Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşmaya dair maarifləndirici görüş həyata keçiriləcəkdir. 
 
Görüşdə Böyük Britaniyanın Kral Bekşeyr Hospitalının həkimi MD, Səkinə İbrahimova “Böyük Britaniyada diplomdansonrakı tibb təhsili: ümumi prosedur və qaydalar” və Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu PhD Fidan İsrafil-Bəyli “Böyük Britaniyada mama-ginekologiya üzrə ixtisaslaşma: ümumi prosedur və qaydalar” barədə ətraflı məlumat verəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
 
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə tədbir hibrid formatda həyata keçiriləcək. Tədbir 15:00-dan 17:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək. Tədbir xüsusilə gənc həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Böyük Britaniyada diplomdansonrakı tibb təhsili və mama-ginekologiya üzrə ixtisaslaşma barədə məlumatlanmaq istəyən hər bir tibb işçisi görüşdə iştirak üçün dəvətlidir!
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Ətraflı məlumat almaq üçün link: https://customshospital.az/boyuk-britaniyada-tibb-tehsili-ve-mama-ginekologiya-uzre-ixtisaslasmaya-dair-maariflendirici-gorus/#gsc.tab=0
 
Qeydiyyat linki: https://forms.gle/tgVqGMk53i5JXSpz7








Redaktorun seçimi