Gömrük Hospitalının kardioloqu beynəlxalq təlimdə iştirak edib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin invaziv kardioloqu Emin Hacıbalayev 8-9 may 2023-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində Azərbaycan Kardiologiya Cəmiyyətinin “Besan” MMC və “Boston Scientific” şirkətlərinin ilə birgə əməkdaşlığı əsasında keçirilən “Ürəyin damardaxili ultrasəs müayinəsi” ilə bağlı ana koronar & bifurkasiya: Rota Pro, Synergy/Megatron təlimlərində iştirak edib.
Təlimin praktiki hissəsi real pasiyentlər üzərində tətbiq edilib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.


