Gömrük Hospitalının kardioloqları tərəfindən unikal hibrid ürək əməliyyatı uğurla icra olunub

Hit: 476
Gömrük Hospitalının kardioloqları tərəfindən unikal hibrid ürək  əməliyyatı uğurla icra olunub
Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin komandası tərəfindən aorta damarında anevrizma olan 39 yaşlı xəstə üzərində unikal hibrid ürək əməliyyatı həyata keçirilib. 
 
Nəzərdə tutulduğu kimi, Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı Dr.İlqar Tahiroğlu və invaziv kardioloq Dr.Şəhla Ağayeva tərəfindən öncə TEVAR əməliyyatı həyata keçirilmişdir, yəni xəstənin aorta damarına greft stent taxılıb və anevrizma aradan qaldırılıb. 
 
Daha sonra eyni seansda ürək-damar cərrahı Dr.Kənan Əsədov tərəfindən beyin yuxu arteriyasından sol körpücükaltı arteriyaya anastomoz qoyularaq şuntlama həyata keçirilib. Xəstə əməliyyatdan sonra özünü yaxşı hiss edib və 24 saatdan sonra evə göndərilib.








Redaktorun seçimi