Yüksəkixtisaslı rentgenoloq Natalya Astraxanseva - “Həkimlərimizi tanıyın!”

Hit: 590
Yüksəkixtisaslı rentgenoloq Natalya Astraxanseva - “Həkimlərimizi tanıyın!”
“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin yüksəkixtisaslı rentgenoloqu Natalya Astraxansevanı təqdim edirik. 
 
Dr.NATALYA ASTRAXANSEVA Mərkəzi Gömrük Hospitalında bütün rentgen tədqiqatların aparılmasını, bir çox orqan və sistem xəstəliklərinin diaqnostikasını, fistuloqrafiya, döş qəfəsi orqanları, sümük və oynaq R-patologiya, İVP, adenoidin mövcudluğu və dərəcəsi, sinusit və digər müayinələri həyata keçirir.
 
Dr.Natalya Astraxanseva 1996-cı ildə Həştərxan Dövlət Tibb Akademiyasının Pediatriya fakültəsini bitirib, 1996-1997-ci ildə Həştərxan Dövlət Tibb Akademiyasında pediatriya üzrə internatura keçmişdir. Natalya həkim 2001, 2013 və 2019-cu illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma və təkmilləşdirmə kurslarında iştirak edib. 2013-cü və 2019-cu illərdə həkimlərin sertifikatlaşdırılması imtahanını uğurla keçərək şüa diaqnostikası üzrə həkim ixtisasını təsdiq etmişdir. 2000-2017-ci illərdə müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim-rentgenoloq kimi çalışmışdır. O, 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında həkim-rentgenoloq kimi fəaliyyət göstərir.
 
Dr.Natalya Astraxanseva 2019-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə akkreditasiya Qaydaları” əsasında Davamlı Tibbi Təhsil üzrə akkreditasiya edilmiş Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikasının aktual problemlərinə həsr edilmiş “Tibbin görən gözü” adlı beynəlxalq elmi-praktiki konfransda məruzə ilə çıxış etmişdir. 
 
Dr.Natalya Astraxanseva haqqında  daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz:https://customshospital.az/natalya-astraxanseva. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.








Redaktorun seçimi