Kardioloq Dr.İlqar Tahiroğlu - “Həkimlərimizi tanıyın!”

Hit: 708
Kardioloq Dr.İlqar Tahiroğlu - “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda invaziv kardioloq Dr.İlqar Tahiroğlunu təqdim edirik.

“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizə pasiyentlərinin hörmətini və etibarını qazanmış Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlunu təqdim edirik. DR.İLQAR TAHİROĞLU Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral klip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapadılması, ASD qapadılması, karotis stent və ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur. Dr.İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir. 2015-2019-cu illərdə İsrailin Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramında iştirak etmişdir. 2021-2022-ci ci ilin 1 aprel tarixində özəl tibb müəssisəsində Kardiologiya bölməsinin rəhbəri kimi əmək fəaliyyətinə başlayan Dr.İlqar Tahiroğlu 2022-ci ilin 11 may tarixindən “Fetal Mərkəz NS Genetiks” MMC-də həkim-kardioloq kimi çalışmışdır. Dr. İlqar Tahiroğlu 28 iyun 2022-ci ildən Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq kimi fəaliyyət göstərir. O, 2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında müəllim kimi çalışır. Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur. O, 2015 və 2018-ci illərdə yaxşı klinik təcrübə üçün sertifikatlar almış, həmçinin, İsrail Ürək Cəmiyyətinin 62, 63, 64 və 65-ci illik konfranslarında sertifikatlar almış, 2018-ci ildə mitral klipdən əvvəl və sonra ağciyər arteriya təzyiqində həmmüəllif kimi, İsrail Milli Konqresinin 65-ci İllik Konfransında şifahi təqdimatla çıxış etmişdir. 2016-cı ildə ACLS (Qabaqcıl Kardiyak Həyat Dəstəyi) kursunda iştirak etmiş, Mitral klipdən əvvəl və sonra Ağciyər Arteriya Təzyiqinin şifahi təqdimatının XXIV Ümumdünya Exokardioqrafiya və Ürək-Damar Görüntüsü Konqresinin həmmüəllifi olmuş, 2018-ci ildə Londonda keçirilən Təcrübəli TAVI implantatorları üçün Sertifikatlı Evolut TAVI Platforması Təlimində sertifikat almışdır. Dr.İlqar Tahiroğlu bir sıra beynəlxalq təşkilatların üzvüdür. O, 2014-cü ildən Avropa Kardiologiya Cəmiyyətinin, 2015-ci ildən Kəskin Ürək-Damar Baxımı Assosiasiyasının, 2017-ci ildən Avropa Ürək-Damar Görüntüləri Assosiasiyası həmçinin, İsrail, Türkiyə və Azərbaycan Kardiologiya cəmiyyətlərinin fəal üzvüdür. Dr. İlqar Tahiroğlunun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.








Redaktorun seçimi