Mərkəzi Gömrük Hospitalında növbəti təlim keçirilib

Hit: 329
Mərkəzi Gömrük Hospitalında növbəti təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün “Tibb bacılarının işində ünsiyyət: tibbi yardımın xəstəyönümlü modelinin etik və deontoloji aspektləri” mövzusunda növbəti təlim keçirilib
 
1 may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün “Tibb bacılarının işində ünsiyyət: tibbi yardımın xəstəyönümlü modelinin etik və deontoloji aspektləri” mövzusunda növbəti təlim keçirilib.
 
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin böyük tibb bacısı Ətayə Novruzova tibb bacılarının peşə etikası, tibb bacılarının peşə sirri, keyfiyyətli və peşəkar tibbi xidmətlərin göstərilməsində tibb bacısının rolu, həkim tibb bacısı və xəstə münasibətlərinin əsasları barədə ətraflı məlumat verib. O, mövzu ilə əlaqəli geniş təqdimatla çıxış etdikdən sonra tələbələri maraqlandıran sualları cavablandırıb. 
 
Auditoriya tərəfindən böyük maraqla qarşılanan təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.








Redaktorun seçimi