Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübə - FOTOLAR

Hit: 443
Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübə - FOTOLAR

"Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidissiplinar əməkdaşlığın rolu" mövzusunda Dəyirmi Masa həyata keçirilib.

25 aprel 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Evafarm MMC-nin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "Mamalıq-ginekologiya sahəsində beynəlxalq təcrübənin və multidissiplinar əməkdaşlığın rolu" mövzusunda Dəyirmi Masa həyata keçirilib.
 
Dəyirmi masada salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov mama-ginekologiya sahəsində yerli və beynəlxalq mütəxəssislər arasında təcrübə mübadiləsinin vacib əhəmiyyətə malik olduğunu vurğulayıb. C.Məmmədov Mərkəzi Gömrük Hospitalının Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalı ilə qarşılıqlı əməkdaşlıq etdiyini qeyd edib və bu sahədə həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verib. O, tədbirin multidissiplinar əməkdaşlıq baxımından körpü rolu daşıyacağına inandığını qeyd edərək tədbir iştirakçılarını müzakirələrdə aktiv olmağa dəvət edib. 
 
Daha sonra Böyük Britaniyanın Birmingem Qadın və uşaq hospitalının mama-ginekoloqu, PhD, Fidan İsrafil-Bəyli “Mamalığın aktual problemləri”, o cümlədən
“Perimenopauzal və menopauzal dövrdə qadınlarda sıx rast gəlinən ginekoloji problemlər” barədə geniş təqdimatla çıxış edib.
Hibrid formatda həyata keçirilən tədbirdə Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Tibb Universitetinin I və II Mamalıq-ginekologiya kafedralarının, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, o cümlədən ölkənin müxtəlif dövlət və özəl tibb müəssisələrinin yüksəkixtisaslı mama-ginekoloqları və rezidentlər iştirak edib. 
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəsi müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyevin moderatorluğu ilə həyata keçirilib. Müzakirələr zamanı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov Azərbaycanda ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib və mütəxəssislərarası təcrübə mübadiləsinin regionlarda da həyata keçirilməsinin vacib əhəmiyyətə malik olduğunu vurğulayıb.
 
Dəyirmi masanın sonunda suallar cavablandırılıb, mövzu ilə bağlı geniş müzakirə və fikir mübadiləsi həyata keçirilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi