Dr.Fərəh Vahabova elmi konfransda iştirak edib

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Fərəh Vahabova 14-15 aprel 2023-cü il tarixlərində Türkiyənin İstanbul İstinye Universitetinin və LİV Hospitalının təşkilatçılığı ilə keçirilən “Pediatriyada Yeniliklər Simpoziumu” adlı elmi konfransda iştirak edib.
Azərbaycan və Türkiyənin tanınmış pediatrları uşaqlar arasında tez-tez rast gəlinən kəskin və xroniki xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsində təqib prosesləri ilə bağlı yeniliklər barədə təqdimatlar ediblər. Simpoziumda “5 yaşdan aşağı uşaqlarda allergik astma”, “Uşaqlıqda vurulan peyvəndlər haqqında doğru bilinən yanlışlar”, “Hemangiomalı xəstəyə yanaşma”, “Qısaboylu uşağa yanaşma”, “Erkən yeniyetməliyə yanaşma” və digər mövzularda çıxışlar edilib və mövzular ətrafında geniş müzakirələr aparılıb. Tədbir iştirakçılarına sertifikatlar təqdim edilib


