Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR

Hit: 540
Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTOLAR
Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş Azərbaycan Tibb Universitetinin Əczaçılıq Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirildi.
 
Konfrans Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, prof. Rauf Bəylərovun çıxışı ilə açıq elan olundu.
 
Faktor.az xəbər verir ki, konfransda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva, Azərbaycan Tibb Universitetinin TEC rəhbəri, t.e.d. Müşfiq Həsənov, fakültə üzrə TEC rəhbəri, dosent Nərgiz Məmmədova və s. çıxış etdi.
 
Konfransda daha sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva Zərifə Əliyeva və onun zəngin irsi mövzusunda çıxış etdi.
O, Zərifə Əliyevanın traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, “peşə oftalmologiyası”nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən geniş bəhs etdilər.
 
Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar əlm xadimi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri prof. Elmar Qasımovun rəhbərlik etdiyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ən böyük irs olmasından, bu irsin davamı olaraq mərkəzin inkişafının, regionlarda filialların yaradılmasının buna nümunə olmasını vurğuladı.
 
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə oftalmologiyada olan innovativ inkişaf, yenilik və nəailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, toplantılar həyata keçirilir. Mərkəz tərəfindən gənc oftalmoloqların inkişafı və peşə bacarıqlarının təkmilləşməsi üçün WET-LAB kursları təşkil edilir.
 
Eyni zamanda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji yardım göstərmək üçün avtomobil və dəmiryolu səyyar klinikasının fəaliyyətindən bəhs edərək oftalmologiyanın daim inkişaf etdiyini bildirdi.
1
1
1
1








Redaktorun seçimi