Liv Bona Dea Hospital 100 uşağı - ÖDƏNİŞSİZ müayinə edəcək - FOTOLAR

Hit: 848
Liv Bona Dea Hospital 100 uşağı - ÖDƏNİŞSİZ müayinə edəcək - FOTOLAR
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Liv Bona Dea Hospital 100 uşağı ÖDƏNİŞSİZ müayinə edəcək.
 
"Dostum ol" şüarı ilə keçirilən aksiya autizm və daun sindromlu uşaqları əhatə edəcək. Onların göz və ürək müayinəsi hospital tərəfindən qarşılanacaq. Tədbir Liv Bona Dea Hospitalın təşəbbüsü, “Türkiyə -Azərbaycan Dostluq, İşbirliyi və Həmrəylik Vəqfi”, ''Qayğı Uşaq Reabilitasiya Mərkəzi'', ''Qafqaz Qadınlar Assosiasiyası'' və  “Qarabağ” FK-nın tərəfdaşlığı ilə təşkil olunur.
 
16 Mart tarixində keçiriləcək olan tədbirdə Türkiyədən xüsusi olaraq dəvət olunan qonaqlar-  yazar Prof. Dr. İlyas Topsakal, ''Qafqaz Qadınlar Assosiasiyası''-nın prezidenti Emel Yenigün və ''Qayğı Uşaq Reabilitasiya Mərkəzi''-nin rəhbəri Sevinc Abdullayeva çıxış edəcək.
 
Qeyd edək ki, cəmiyyətin sosial həyatına dəstək məqsədilə hospitalda bu vaxta qədər “Türkiyə-Azərbaycan qardaşlığının 360 dərəcə dəyərləndirilməsi”,“Nəsilləri yaradan qadın gücünün cəmiyyətdəki yeri”, “Şəhid ailələri və müharibə iştirakçılarına dəstək “,“ Beynəlxalq əlillər günüsevginin sərhəddi yoxdur” adlı tədbirlər təşkil edilib. Müvafiq olaraq 500 nəfərə ürək müayinəsi, 300 qadına süd vəzi və mamoqrafiya , 100 nəfərə isə ağciyər müayinəsi tam ödənişsiz həyata keçirilib.
 
Liv Bona Dea Hospital - Sağlamlığın Gələcəyi!
1
1
1
1








Redaktorun seçimi