Qlaukoma korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir

Hit: 798
Qlaukoma korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir
Dünyada qlaukomadan əziyyət çəkənlərin sayı 80 milyon nəfərdən çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qlaukoma korluğa səbəb olan xəstəliklər arasında ikinci yerdədir. Qlaukoma ilə bağlı diaqnostika və müalicəni müzakirə etmək, yeniliklərin təhlil etmək məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ənənəsinə sadiq qalaraq Azərbaycan Oftalmoloqlar Cəmiyyəti ilə birgə Beynəlxalq Qlaukoma Həftəsi çərçivəsində "Qlaukomanın müasir diaqnostikası və müalicəsi" mövzusunda elmi-praktik konfrans keçirir.
 
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş konfransda paytaxtla yanaşı, regionlardan olan mütəxəssislər də iştirak edirlər. Eyni zamanda, Türkiyədən olan alimlər onlayn formada qoşularaq təcrübələrini bölüşür, yenilikləri müzakirə edirlər.
 
Faktor.az xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.
 
O, göz xəstəliklərinin erkən müayinəsi, diaqnostikası və korluğun qarşısının alınması məqsədilə Milli Oftalmologiya Mərkəzinin mütəmadi olaraq paytaxt və regionlarda oftalmoloji aksiyalar həyata keçirdiyini də diqqətə çatdırıb.








Redaktorun seçimi