Mərkəzi Gömrük Hospitalında - UĞURLU ürək əməliyyatı

Hit: 524
Mərkəzi Gömrük Hospitalında - UĞURLU ürək əməliyyatı
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d. Rəşad Mahmudov və onun komandası tərəfindən ürəyi ilə bağlı ciddi problem yaşayan 29 yaşlı pasiyentin həyatı xilas edilib.
 
Mərkəzi Gömrük Hospitalından Faktor.az-a bildirilib ki, toyundan 2 ay sonra qısa müddət ərzində ürəyi ilə bağlı ciddi problem yaşayan pasiyent artıq ölümlə üz-üzə idi. Xəstəlik başqa bir xəstəxanada iki ay sürən müalicəyə heç bir cavab verməmişdi. Vəziyyət daha da pisləşirdi. Çünki, söhbət sadəcə ürəyin infeksiyalaşmasından (QapaqEndokarditi) getmirdi.
 
Ürək-damar cərrahı Rəşad Mahmudov böyük əziyyətlə həyatı xilas olunan xəstənin diaqnozu və əməliyyatı barədə bildirib: “Pasiyentin diaqnozu heç bir müalicəyə cavab verməyən Endokardit (ürək infeksiyası) + Sepsis +Romatoid Artrit (bir ildir immunsupresif istifadə edib) + Aorta Anevrizması + bilateral periferik ArterEmboliyası idi.
 
Ən əsası isə 15 il öncə diaqnozu qoyulmuş və əməliyyat məsləhət gördüyüm Anadanqəlmə Ürək Qüsurunun (Subaortik Diskret Membran) olması idi. Ürəyindən əməliyyat olması labüd olan, amma vaxtında əməliyyat olunmayan gənc ağır vəziyyətdə Mərkəzi Gömrük Hospitalına qəbul edilir. Riskli qərarla ürəyindən və ayaqlarından əməliyyatı icra etdik. Xəstə əməliyyatdan sonra tam sağlam öz ailəsinə qayıdıb".
 
Rəşad Mahmudov əməliyyatda iştirak edən Mərkəzi Gömrük Hospitalının tibb heyyətinə təşəkkür edib.








Redaktorun seçimi