“Yeni klinika”nın direktor müavini vəzifəsinə təyinat olub

Hit: 593
“Yeni klinika”nın direktor müavini vəzifəsinə təyinat olub
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən “Yeni klinika” tibb müəssisəsinin inzibati işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub.
 
“Yeni klinika”-dan  bildirilib ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun müvafiq əmrinə əsasən bu vəzifəyə İlqar Mustafayev təyin edilib.
 
Qeyd edək ki, İ.Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr, Almaniyada “Frankfurt School of Finance and Management” Universitetində Beynəlxalq Səhiyyənin İdarə olunması üzrə magistr (MBA) təhsili alıb.
 
O, əmək fəaliyyətinə 2006-2007-ci illərdə GRBS LLC-də baş təlim meneceri olaraq başlayıb. 2008-2009-cu illərdə USAID təşkilatında “Azərbaycanda Ticarət, İnvestisiya İslahatlarına Dəstək Proqramı” üzrə layihə rəhbərinin köməkçisi vəzifəsində çalışıb. 2010-2015-ci illərdə VITTA Elmi-Texniki MMC-də Tibbi menecer, 2019-2021-ci illərdə yenidən VITTA Elmi-Texniki MMC-də Tibbi Biznesin inkişafı departamentinin rəhbəri vəzifələrində çalışıb.
 
Çalışdığı müddət ərzində bir çox dövlət və özəl xəstəxanaların qurulması və tibbi təchizatları üzrə layihə rəhbəri olub. 2015-2019-cu illərdə German Hospitalda baş direktor, 2021-2023-cü illərdə isə "Milli Hematologiya və Transfuziologiya" Mərkəzində İnzibati işlər üzrə müavin vəzifələrində çalışıb.








Redaktorun seçimi