Gömrük Hospitalında kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi həyata keçirilir

Hit: 1066
Gömrük Hospitalında kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi həyata keçirilir

Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi həyata keçirilir

Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsində yüksəkixtisaslı mütəxəssislər tərəfindən kəskin və xroniki böyrək xəstəliklərinin müalicəsi həyata keçirilir. Şöbədə nefrologiya və efferent terapiya xidmətinə ehtiyacı olan pasiyentlər üçün təcili və planlı şəkildə hospitalizasiya və gündüz stasionar xidmətləri həyata keçirilir. Mərkəzi Gömrük Hospitalının Nefrologiya və Efferent Terapiya şöbəsinin fəaliyyəti ilə bağlı tanıtım çarxını
 
Sizə təqdim edirik.  https://youtu.be/KZfOvgwONEo
 
Poliklinika xidmətləri sırasında bütün növ ambulator xəstələrin müayinə və müalicəsi, o cümlədən Renal transplant olunmuş xəstələrə nəzarət aparılır.
 
Stasionar xidmətlərinə nefrologiyaya aid olan bütün növ stasionar xidmətlər,  Hemodializ və Periton dializli xəstələrdə yaranan ağırlaşmaların aradan qaldılırlması, böyrək biopsiyası, Glomerul xəstəliklərdə İmmunosupresion verilməsi və digər xidmətlər  həyata keçirilir.
 
Hemodializ xidmətlərinə kəskin böyrək zədələnmələri və Xroniki böyrək çatışmazlığı son mərhələsi zamanı, göstərişə uyğun olaraq, hemodializ seanslarının həyata keçirilməsi, qısa və uzunmüddətli hemodializ kataterlərinin qoyulması, uzunmüddətli hemodializ kateterlərinin yaratdığı stenozun aradan qaldılırlması, Hemodializ xəstələrində digər ağırlaşmaların aradan qaldırılması daxildir. 
 
Reanimasiya və İntensiv Terapiyaya Aralıqılı Hemodializ, Sutkalıq Hemodializ, Periton dializi, Hemosorbsiya, Hemodiafiltrasiya, Plazmafarez və eyni zamanda Kəskin böyrək zədələnməsi olan xəstələrin müalicəsi aiddir.
Mərkəzi Gömrük Hospitalı daim sağlamlığınızın keşiyindədir!








Redaktorun seçimi