Şuşa Mərkəzi Rayon Xəstəxanası vətəndaşlara tibbi xidmət göstərir - FOTOLAR

Hit: 2002
Şuşa Mərkəzi Rayon Xəstəxanası vətəndaşlara tibbi xidmət göstərir - FOTOLAR
Kərim Bəy Mehmandarov adına Şuşa Mərkəzi Rayon Xəstəxanası  (MRX) əsası, 1834-cü ildə İbrahimxəlil xanın qızı Gövhərağa (Gövhər Nisə) Cavanşir tərəfindən inşa etdirilmiş, "Aşağı Gövhərağa məscidi ''ndə yaradılmış müalicəxanadan başlamışdır. Onun tərəfindən 1864- cü ildə xəstəxana təbibi vəzifəsi təsis edilmiş və ona məvacib təyin olunmuşdur.
 
Şuşa şəhəri 1992-ci il may ayının 8-də erməni vandalizmləri tərəfindən işğal olunduqdan sonra şuşalılar Azərbaycanın 58 rayonunda  məskunlaşmağa başladılar.Bundan sonra da , "Şuşa Mərkəzi Rayon Xəstəxana''nın baş həkimi mərhum Ramiq Məhərrəmovun və "Şuşa İcra Hakimiyyəti''nin təşəbbüsü Bakı şəhərində və ətraf rayonlarında şuşalıların məskunlaşdığı digər yerdələrdə poliknikanın fəaliyyəti davam etdirildi. 
 
Hal-hazırda ,"Şuşa Mərkəzi Rayon Xəstəxansı'' Bakı şəhəri Yasamal rayonunda,Qobu Park II yaşayış massivində,Şuşa şəhərciyi Ramana 450 qəsəbəsində Malıbəyli kənd həkim məntəqəsi,Gilavar sanatoriyasında -Quşçular kənd həkim məntəqəsi,Ağcabədi rayonunda-Mirzələr qış yatağı Xanalılar kənd həkim məntəqəsində fəaliyyət göstərir.
 
Şuşa Mərkəzi Rayon Xəstəxansının İdarəetmə aparatı,sığortanın təşkili və innovasiya şöbəsi,maliyyə şöbəsi,insan resursları şöbəsi,ümumi şöbə,dəstək xidmətləri şöbəsi,xəstə xidmətləri şöbəsi,tibb bacıları şöbəsi,poliklinika şöbəsi,terapiya şöbəsi,uşaq şöbəsi,təcili təxirə salınması tibbi yardım şöbəsi,səhiyyənin xidmətinin təşkilinin şöbəsi mövcuddur.
 
Xüsusi ilə qeyd etmək istəyirəm ki,mərhum Ramiq Məhərrəmovun ,,Şuşa Mərkəzi Rayon Xəstəxana''nın bu günə qədər fəaliyyət göstərməsində əvəzsiz böyük rolu olmuşdur.
 
Xəstəxana Qarabağ sakinləri ilə yanaşı digər rayon qediyyatında olan vətəndaşlara xidmət edir. Hal-hazırda xəstəxanada tibb və qeyri-tibb işçiləri ilə birlikdə ümumi 157 nəfər əməkdaşı fəaliyyət göstərir.

Gülgün Gündüz
Faktor.az
 
1
1
1
1
1








Redaktorun seçimi